Menu

Nepalda zəlzələ nəticəsində azı 128 nəfər ölüb

04.11.2023, 09:54
Nepalda zəlzələ nəticəsində azı 128 nəfər ölüb

Nepalda zəlzələ nəticəsində azı 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 maqnitudada qiymətləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol