Rusiya Moldovada sabitliyi pozmaq üçün 1 milyard ley (55,2 milyon dollar) xərcləyib.
“AzPolitika.info” “NewsMaker-ə istinadən xəbər verir ki, bunu Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandru Mustiata bildirib.
Xidmətin rəhbərinin açıqlamasına görə, 2022-ci ilin ikinci yarısından başlayaraq, Rusiya demokratik hökumətin zorakılıqla devrilməsi və təxribat ssenarisinin hazırlanması üçün müəyyən qruplara dəstək verir.
Mustiatanın sözlərinə görə, təxribatların arxasında duranlar «Rusiya Prezidentinin Administrasiyasının siyasi texnoloqları və Rusiya xüsusi xidmətləri və İlan Şorun başçılıq etdiyi mütəşəkkil cinayətkar qrupun üzvləridir».
Xidmət qeyd edib ki, Moldovada vəziyyəti sabitləşdirmək üçün Şor bir neçə siyasi partiyadan, xüsusən də “Şans” partiyasından istifadə edir.
O, əlavə edib ki, Şorun cinayətkar qrupunu başqa bir moldovalı oliqarx Vlad Plahotnyuk dəstəkləyir.
“Digər hüquq-mühafizə orqanları ilə birlikdə məqsədi seçki proseslərinə təsir göstərmək, o cümlədən “Şans” partiyasının seçki kampaniyasının gizli maliyyələşdirilməsi yolu ilə həyata keçirilən genişmiqyaslı əməliyyatın üstü açılıb. Bu məbləğ 90 milyon leyi keçib ki, pulun böyük hissəsi xaricdən, xüsusən də Rusiyadan gəlib”, — deyə xidmət rəhbəri qeyd edib.
Mustiata onu da bildirib ki, seçki kampaniyası zamanı “Şans” partiyasından olan namizədlər bir neçə sosial və infrastruktur layihələri həyata keçirəcəklərini vəd ediblər ki, bu layihələrdə Rusiya Federasiyası və İsrail vətəndaşı İqal/İqor Şved və həm Rusiya, həm də Moldova vətəndaşı olan Viktor Qutsulyak iştirak edib, «sponsor» kimi xaricdən İlan Şorun nəzarət etdiyi qruplara pul göndəriblər.
Rüfət
AzPolitika.info


Şərhlər