Menu

Pakistanda Hərbi Hava Qüvvələrinin bazasına hücum olub

04.11.2023, 12:30
Pakistanda Hərbi Hava Qüvvələrinin bazasına hücum olub

Pakistanda «Tahrike-Cihad Pakistan» qruplaşmasına aid silahlı dəstə Mianvalidə yerləşən Hərbi Hava Qüvvələrinin bazasına hücum edib.

"AzPolitika.info" bu barədə «Reuters»ə istinadla xəbər verir.

Məlumata görə, 9 nəfərdən ibarət silahlı qrup üç fəaliyyət göstərməyən təyyarəni zədələyib. Silahlı toqquşma nəticəsində bütün hücum edənlər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Hərbçilərin bəyanatında deyilir ki, üç yaraqlı bazaya girməzdən əvvəl öldürülüb, digərləri isə «təmizləmə» əməliyyatı başlamazdan əvvəl küncə sıxışdırılıb, sonra məhv ediliblər. Təhlükəsizlik işçiləri arasında itkilər barədə məlumat verilməyib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol