Menu

Paşinyan polis sistemindən narazıdır – Nazirlərə yeni layihələr təklif edib

06.11.2023, 17:58
Paşinyan polis sistemindən narazıdır – Nazirlərə yeni layihələr təklif edib

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında hakimiyyət sistemində islahatları müzakirə edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

“Baş nazir tərəfindən xüsusilə kriminal polis, ictimai polis və polis mühafizə sisteminin yenidən formalaşdırılması layihələri təqdim olunub. Yuxarıda adıçəkilən qurumların əsas fəaliyyət istiqamətlərinə, idarəetmə sxeminə, strukturlarına toxunulub. Tədbirdə iştirak edənlər Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra qurumlarında fəaliyyəti ilə bağlı məsələləri də müzakirə ediblər”, - məlumatda qeyd olunur.

Paşinyan polisdə islahatların ardıcıl və səmərəli həyata keçirilməsinin vacibliyini vurğulayıb və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində prosesi davam etdirməyi tapşırıb.

Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanlarında aparılan islahatlar çərçivəsində patrul və yol polisi birləşdirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol