Menu

Ukraynanın valyuta ehtiyatları azalıb - İki səbəbi var

07.11.2023, 17:30
Ukraynanın valyuta ehtiyatları azalıb - İki səbəbi var

Ukrayna Rusiyanın işğalına məruz qalsa da, ölkənin valyuta ehtiyatları stabil olaraq qalır ki, bu da xarici maliyyə dəstəyinin hesabına təmin olunur.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Milli Bankı ölkənin valyuta ehtiyatlarının 38.9 milyar dollar təşkil etdiyini bəyan edib. Məlum olub ki, bununla da bu ehtiyatlar cəmi iki faizə qədər azalmış olub.

Bankdan bildiriblər ki, bunun iki səbəbi var. Birincisi, Ukraynanın öz xarici borc öhdəliklərini ödəməsi, ikincisi isə oktyabrın əvvəlindən tətbiq edilməyə başlayan milli valyutanın elastik kursudur. Belə ki, Milli Bank “üzən məzənnəyə” bənzər elastik kurs tətbiq etməyə başlayıb. Buna görə də bazarda ajiotaj yaranıb və dollara tələbat artıb. Lakin bank vaxtında bazara müdaxilə edərək, 3.3 milyard dollarlıq valyuta satışı həyata keçirib və bazarı stabilləşdirib. Bu da valyuta ehtiyatlarının nisbətən azalmasına səbəb olub. Lakin ABŞ və Avropa ölkələrinin maliyyə yardımı hesabına valyuta itkiləri böyük ölçüdə bərpa edilib.

Xəbərdə o da qeyd olunur ki, müharibə getməsinə baxmayaraq, ötən ilin avqustunda Ukraynanın valyuta ehtiyatları öz tarixində ilk dəfə rekord həddə çatıb – 41.72 milyard dollar.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol