Menu

"ABŞ Rusiyadan uran almağa davam edir" - Lavrov

08.11.2023, 13:21
"ABŞ Rusiyadan uran almağa davam edir" - Lavrov

ABŞ Rusiyadan uran almağa davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunan dəyirmi masada çıxışında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqını Rusiyaya aid olan hər şeydən əl çəkməyə məcbur edən Vaşinqton Rusiyadan uran və digər kritik materialları almağa davam edir.

Eyni zamanda, Rusiya XİN başçısı vurğulayıb ki, Birləşmiş Ştatlar "özünün eqoist qanunları ilə" Avropa şirkətlərini bahalı Amerika sıxılmış qazının xeyrinə Rusiyanın enerji resurslarından imtina etməyə məcbur edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol