Menu

Ərdoğan ECO ölkələrini Kipr Respublikası ilə əlaqələri dərinləşdirməyə çağırıb

09.11.2023, 13:38
Ərdoğan ECO ölkələrini Kipr Respublikası ilə əlaqələri dərinləşdirməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Şimali Kipr Türk Respublikası ilə münasibətlərini dərinləşdirməyə çağırıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən 16-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Ərdoğan, “Haqsız olaraq zülmə məruz qalan və qeyri-qanuni şəkildə təcrid olunmuş Kipr türklərinin səsini eşitdirmək bizim borcumuzdur” deyərək, ŞKTR ilə münasibətlərini inkişaf etdirən ölkələrə təşəkkür edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol