Menu

“Türkiyə regiondakı böhran və problemlərin həlli üçün əsas ölkədir” - Ərdoğan

12.11.2023, 15:00
“Türkiyə regiondakı böhran və problemlərin həlli üçün əsas ölkədir” - Ərdoğan

“Qəzzadakı münaqişəsinin həlli üçün ən uyğun təklifləri irəli sürən ölkə Türkiyədir. Türkiyə regiondakı böhran və problemlərin həlli üçün əsas ölkədir”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı Zirvəsindən geri dönərkən jurnalistlərin suallarına cavabında bildirib.

O qeyd edib ki, Qəzza Fələstin torpağıdır və Körfəz ölkələri də İsrailə təzyiqi artırmalıdırlar. Ərdoğan onu da əlavə edib ki, məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenə zəng etməycək: “Dünyanın gələcəyi və insanların həyatı (BMT TŞ-da) veto hüququ olan 5 ölkənin insafına buraxıla bilməz. Bu coğrafiyada Türkiyəsiz təşəbbüs göstərmək, planlar qurmaq mümkün deyil. Bizim mövqeyimiz, dəyərlərimiz və prinsiplərimiz bəllidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol