Menu

İran öz HHM sistemlərini yeni təhdidlərə görə yeniləyib - General Məsumi

13.11.2023, 15:56
İran öz HHM sistemlərini yeni təhdidlərə görə yeniləyib - General Məsumi

İran yeni təhdidləri nəzərə almaqla, hava hücumundan müdafiə sistemini yeniləyib. 

"AzPolitika.info" “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İranın şimal-şərq hava hücumundan müdafiə zonasının komandanı, briqada generalı Məhəmmədrza Məsumi deyib.

Onun sözlərinə görə, İranın hava hücumundan müdafiəsi istənilən təhlükəni aşkar edə bilir. O, əlavə edib ki, əgər aerokosmik təhdidlər sürətlə artırsa, bununla yanaşı, ölkədə müdafiə texnologiyası da eyni sürətlə inkişaf edir.

Komandan həmçinin təsdiq edib ki, İranın hərbi tərəqqisi yalnız çəkindirməyə (İrana hücum niyyətində olanları) yönəlib və qonşuları üçün təhlükə yaratmır. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol