“Mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV-ni azaltmırlar”
Müstəqil ekspertlər durmadan təkrarlayırlar ki, Azərbaycanda hökumətin yürütdüyü iqtisadi siyasət, vergi-gömrük sistemi və ümumilikdə sahibkarlıq subyektlərinə münasibət qənaətbəxş səviyyədə deyil. Buna baxmayaraq, bu sahədə hər hansı ciddi dəyişiklik hiss olunmur, əksinə, bəzi istiqamətlərdə geriləmə müşahidə olunmaqdadır.
“AzPolitika.info” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı maraqlı paylaşım edib: “Azərbaycanda hökumətin yeni iqtisadi komandasına müəyyən ümidlər var idi – amma, təəssüf ki, bu ümidlər özünü doğrultmadı. Ölkəmiz iqtisadi aktivlik göstəricilərinə görə kəskin geridə qalır, ÜDM artımı cəmi 0,5% olub ki, bu da artım deyil, əslində resessiyanın müjdəsidir.
İqtisadi komanda təşəbbüskar deyil, statik və özünüqoruma instinkti ilə davranır, İqtisadiyyat Nazirliyi iqtisadiyyatda baş verənlərə aydınlıq gətirmək əzəzinə dəb sözlər işlədərək qəliz terminlərlə, dünyada trend mövzulara istinadla iqtisadiyyatda baş verən geriləməni ört-basdır etməyə çalışırlar.
Gürcüstanda ÜDM bu il 6,8%, Qazaxstanda 4,7%, Özbəkistanda 5,8%, Moldovada 2%-dən bir az çox artıb. Ermənistanı qeyd etmədim, çünki o ölkədə iqtisadi artım orqanik və dayanıqlı deyil, Rusiyanın sanksiyalardan yan keçməsinə dəstək verdiyinə görədir. Bizdə isə ÜDM cəmi 0,5% artıb, vaxt var idi hökumət ÜDM artımını “analoqu olmayan artım” kimi təqdim edirdi, indi vəziyyət dəyişib, çünki həm neft hasilatı düşür, həm də iqtisadi aktivliyin azalması müşahidə olunur ki, bu tək idarəetmənin fəsadları deyil, həm də iqtisadi komandanın günahıdır.
Hökumətin vergi-gömrük siyasəti doğru deyil, iqtisadi azadlıqlar təşviq edilmir, məhkəmə hakimiyyəti müstəqil və çevik deyil, özəl sektoru boğmaq yox, kömək etmək lazımdır. Amma yanaşmaları tərsinədir – kiçik, mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV məsələsində güzəşt etmək, ərzaq və dərmanların pərakandə satışında ƏDV-ni azaltmaq istəmirlər.
Bir sözlə - iqtisadiyyat həyacan təbili çalır, məmləkətin isə getdikcə artan xərcləri var, bir tək işğaldan azad olunan torpaqların bərpasına yaxın 5-6 ildə 60 mlrd. manat əlavə vəsait lazım olacaq. Bu vəsaiti tək büdcə hesabına qarşılamaq mümkün deyil, özəl təşəbbüslərə qapı açılmalıdır, investorlar cəlb olunmalıdır, bunun üçün isə biznes-dostu hökumətə ehtiyac var. Bizim hökumət isə özəl sektoru "yolmaq" üçün yeni yollar "icad" etməyə çalışır...”
“AzPolitika.info”

Şərhlər
Natiq bəy siyasi səhv buraxır.A kişi,İqtisadiyyaı başında o boyda qoruqçu Cabbatov kimi nazir durur ki,ölkə importdan asılı qalıb.Kütləvi iş yerləri yaradılmır.Məhsullarımız xammal kimi ixrac edilir (pambıq, filiz.neft və s.),İşbazlarımız Rumıniyada,Türkiyədə zavodlar tikib azərbaycan sərmayəsini xaricə daşıyır,Sintetika geyinmək məcburiyyətindən insanlarımız xəstə düşür,Guya bunu görən,bilən,ölçü gptürmək imkanı olanlar yoxdur?Amma irəliləyiş görünmür.Yüz belə analiz ola,hakimiyyət nəzərə almasa xeyri yoxdur.
Tapılmayan .şeyi axtarana nəeyilir? ....Nə iqtisadiyyat,nə inkişaf !
Hökumət özü və öz ətrafı üçün işləyir. Talançılar bu qanunları da ondan ötəri çıxarırlar kji özlərindən olmayanları məhv etmək üçün. Bunlardan başqa heç kim heç nə edə bilməz və edə bilməməmlidir.
Mikayıl Cabbarov hara, ölkə iqtiadiyyarı hara? Daha nə olmalıdır ki?
Bunun səbəbini yerində olmayan iqtisad nazrindən ,onun başına topladqlarından və kadr siyasətinin başıpozuqkar tərəfindən yürüdülməsində axtarmaq doru olatdı..
Əmək haqqından vergi 14 faizdən 12 faizə endirilməsi vergiyə cəlb olunmayan 200 manatı minumum əmək haqqına qədər qaldırılmalıdır işləyənlərin yarıdan çoxu minumum əmək haqqı alır ona görə də min əmək haqqından vergi tutulmamalidir
Natiq müəllim salam ! Dövlət və Özəl sektorlarda yoxlamaların dayandırılması dövlət büdcəsinə öz mənfi təsirini göstərmişdir.. Belə ki, dövlət və özəl sektorlarda vaxtaşırı yoxlamalar aparılmalıdır. Çünki yoxlamaların dayandırılmasından istifadə edən işbazlar vergidən yayınmalara yol verir və büdcəya çatası məbləği mənimsəyirlər.
Onlardan biri Şəki-Bazar ASC-dir. Şəki Bazar ASC i ildə ən azı 1(bir) milyon manat vergidən yayınmaya yol verirlər və aidiyyatı qurumlar bu özbaşnalıqlara göz yumaqda davam etdirirlər.
Vergidən yayınmalara yol verdiklərinə görə səhmdar cəmiyyətin səhimdarları qanuni dividentlərindən uzun müddətdir ki, məhrum olunublar!
Yoxlamalar vaxtındca bərpa olunmalıdır!
Gomruk vergi yigir.Vergi vergini yigir .Gomruk legv edilib verilmelidir DSX ya vergi hissesi vergiye .Iqtisadiyyat Nazirliyinden musteqil qurum olmalidir .Vergi dunyanin hec bir yerinde tabe deyil Iqtisadiyyata .Yalniz bizde
Iqtisadiyyatl da]ğıdılmış ölkəni importdan asılı vəziyyətə salıblar....
tamamile dogrudur
Natiq bəy, Əjdaha qardaş özü bilər kimi yesin, kimi...yeməsin, nə vaxt, harada, necə