Menu

TBMM komissiyası İsveçin NATO-ya üzvlük protokolunun müzakirələrini təxirə salıb

16.11.2023, 18:20
TBMM komissiyası İsveçin NATO-ya üzvlük protokolunun müzakirələrini təxirə salıb

Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən protokolun müzakirələrini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

Qeyd olunub ki, TBMM-in xarici əlaqələr komissiyası bu barədə qərar verib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol