Menu

Çin vətəndaşlarına zirehli avtomobillərdən istifadə etmək tapşırılıb

17.11.2023, 18:20
Çin vətəndaşlarına zirehli avtomobillərdən istifadə etmək tapşırılıb

Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihələrində çalışan investorlar və mütəxəssislərin daşınması üçün güllə keçirməyən nəqliyyat vasitələrindən istifadə ediləcək.

“The Express Tribune” xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər Nazirliyinin keçirdiyi toplantıda qərar verilib. CPEC layihələrində çalışan çinli ekspertlərin təhlükəsizliyini təmin etmək üçün Standart Əməliyyat Prosedurlarına (SOP) yenidən baxılıb. Yenidən işlənmiş və yenilənmiş SOP-lara əsasən, bütün çinli mütəxəssislər və investorlar səfərləri ilə bağlı aidiyyatı orqanlara və aidiyyatı polis bölmələrinə məlumat verməli və həmçinin, səyahətləri üçün güllə keçirməyən avtomobillərdən istifadə etməlidir.

Daxili İşlər Nazirliyi baş katiblərə çinlilərin, xüsusən də Bəlucistan, Xayber-Paxtunxva (XP) və Pəncabda yaşayanların təhlükəsizliyini gücləndirməyi tapşırıb.

Kirayə evlərdə və ya otellərdə qalan çinli investorlar təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi üçün müvafiq polis bölməsində qeydiyyatdan keçərək icarə müqavilələrini təqdim edəcək. DİN baş katiblərdən yenidən işlənmiş SOP-larda hər hansı təkmilləşdirməni nəzərdən keçirməyi və təklif etməyi tapşırıb. Onlara həmçinin vilayət səviyyəsində təcili iclaslar keçirmək və bu təlimatları rayon səviyyəsində müvafiq vəzifəli şəxslərin diqqətinə çatdırmaq tovsiyyə olunub.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol