Menu

Fransada mədəniyyət xadimləri susqun yürüş keçirib - Yaxın Şərqdəki hadisələrə etiraz olaraq

20.11.2023, 12:16
Fransada mədəniyyət xadimləri susqun yürüş keçirib - Yaxın Şərqdəki hadisələrə etiraz olaraq

Parisdə fransız mədəniyyət xadimləri bazar günü minlərlə insana başçılıq edərək, israillilərlə fələstinliləri sülhə və Fransa birliyinə çağırıblar.

"AzPolitika.info" bu barədə «Associated Press» agentliyinə istinadla xəbər verir.

Aktrisalar İzabelle Adjani və Emmanuel Beart, eləcə də müğənnilər və digər mədəniyyət xadimlərinin qoşulduğu yürüş iştirakçıları Ərəb Dünyası İnstitutundan Sena çayının o tayında yerləşən Yəhudilik İncəsənət və Tarixi Muzeyinə gedib.

"Bu gün başımızın üstündə mavi səma var və İsraildə, Fələstində bombalar yağır, müharibə gedir. Biz tərəf seçməklə və ya bu və digər tərəfə nifrət etməklə vəziyyətə kömək etmirik", - aktrisa Nadia Fares şərh edib.

Böyük yəhudi və müsəlman əhalinin yaşadığı Fransada İsrail və HƏMAS arasında müharibəyə görə həftələrdir etirazlar və gərginlik davam edir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol