Fövqələdə Hallar Nazirliyi (FHN) Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi, polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub.
"AzPolitika" "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu ilin avqust ayında sözügedən vəzifəyə təyin edilən polkovnik Sahib Rzayev başqa dövlət qurumunda yeni vəzifəyə keçməsi ilə əlaqədar nazir, general-polkovnik Kəmaləddin Heydərova işdən çıxması ilə bağlı müraciət edib.
Nazirin müvafiq əmri ilə polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub. Kəmaləddin Heydərovun digər əmri ilə qurumun Məxfi İdarəsinin əməkdaşı Vüsalə Ömərli Fövqəladə halların xəbərdar edilməsi idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Sahib Rzayev Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi olub. Onun rəhbərlik etdiyi qurum bu ilin iyun ayında iki yerə bölünüb.
Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib. Sahib Rzayev isə avqust ayında Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.

Şərhlər
Bu qurumda bu qədər yüksək rütbələr hansı ehtiyacdan təyin olunub?Bu qədər general,polkovnikin bu qurumda saxlanması dövlət büdcəsinə ağır və artıq yük deyilmi?Hələ bunlara yüksək pensiyalar da təyin olunur.İsti otaqda oturub var gəl etməkdən baçqa nə işləri var?Ara bir görünməklə bu qədər məsrəf heyif deyilmi?Bəlkə digər sahələrdə bunıar nəsə fayda verə bilər.