Menu

“Hizbullah”-İsrail müharibəsi üçün bircə zərbə kifayətdir” - “The Wall Street Journal”

21.11.2023, 18:12
“Hizbullah”-İsrail müharibəsi üçün bircə zərbə kifayətdir” - “The Wall Street Journal”

HƏMAS-İsrail qarşıdurması davam edərkən, “Hizbullah”-ın da savaşa qoşulması ehtimalı gündəmdəki yerini qoruyur.

“İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin təzyiqi altındadır və “Hizbullah”-dan gələn genişmiqyaslı müharibəyə səbəb ola biləcək təhlükəyə cavab olaraq qəti tədbirlər görə bilmir. Buna baxmayaraq, İsrail ordusu hesab edir ki, “Hizbullah”-ın bir güclü zərbəsi müharibəyə başlamaq üçün kifayətdir”.

“AzPolitika.info” xəbər verir ki, “The Wall Street Journal” nəşri belə bir iddia ilə çıxış edib.

Qəzet yazır ki, Netanyahu hökuməti “Hizbullah”-ın İsraillə savaşdan çəkinəcəyinə ümid edir: “Netanyahu ümid edir ki, Qəzzada HƏMAS-a qarşı qazanılacaq uğur “Hizbullah”-ı sərhəddən geri çəkilməyə inandıracaq. İsrail hakimiyyətinin məlumatına görə, “Hizbullah”-ın yüzlərlə dəqiq idarə olunan raketlər də daxil olmaqla 150 mindən çox raketi var və gündə 3000-ə qədər raket atmağa qadirdir ki, bu da İsrailin hava hücumundan müdafiə sisteminə ciddi təzyiq göstərə bilər.

Yazıda qeyd olunur ki, İsrailin şimalında yaşayanlar “Hizbullah” yaraqlılarının sərhədi keçərək dinc əhaliyə hücum edə biləcəyindən ehtiyat edirlər. Buna cavab olaraq isə İsrail hərbçiləri sərhədyanı şəhər və kəndləri qeyri-rəsmi hərbi düşərgələrə çevirərək, küçələrə və uşaq meydançalarının yaxınlığında tank və zirehli texnika yerləşdirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol