Menu

“Rusiya bazasının çıxarılması və ya KTMT-dən çıxmaq məsələsi indi gündəmdə deyil” - Ermənistan XİN

23.11.2023, 15:03
“Rusiya bazasının çıxarılması və ya KTMT-dən çıxmaq məsələsi indi gündəmdə deyil” - Ermənistan XİN

“Hazırda Ermənistanın gündəliyinə KTMT-dən çıxmaq və Rusiya bazasının ölkədən çıxarılması məsələsi daxil deyil”.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.

“İndiki mərhələdə bizim gündəliyimizdə belə bir məsələ yoxdur”, - M. Səfəryan bildirib.

O qeyd edib ki, İrəvanla Moskva arasında işgüzar münasibətlər mövcuddur: "Təbii ki, bəzi məsələlərdə fikir ayrılıqları var. Onlara cavab vermək üçün işimizi davam etdiririk".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol