Menu

Almaniya kansleri jurnalistin sualından sonra “üz iflici” keçirdi - VİDEO

24.11.2023, 12:48
Almaniya kansleri jurnalistin sualından sonra “üz iflici” keçirdi - VİDEO

Məlum olduğu kimi, Almaniya kansleri Olaf Şolts ötən gün İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, görüşün ardından təşkil olunan birgə mətbuat konfransı maraqlı bir anla yadda qalıb.

Belə ki, jurnalistin “Almaniyada büdcə böhranı var. Siz beynəlxalq iqtisadi maliyyələşmə üçün ikitərəfli dəstəkdən danışdınız. Bu baxımdan İtaliya üçün Almaniya hələ də etibarlı tərəfdaş hesab oluna bilərmi?” sualına Şolts gözlərini bərəldərək qəribə reaksiya verib.

Kanslerin bu görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə böyük baxış toplayıb.

Sosial şəbəkə istifadəçiləri jurnalsitin sualını – “Üz iflicinə səbəb olan sual” adlandırıblar.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol