Menu

"Ya oliqarxlar, ya da Gürcüstan..." - Sakaşvilidən müraciət

24.11.2023, 13:58
"Ya oliqarxlar, ya da Gürcüstan..." - Sakaşvilidən müraciət

«Biz oliqarxata qarşı hərtərəfli etirazlar həyata keçirməliyik və yadda saxlamalıyıq ki, bu, tam beynəlxalq dəstək alacaq. Burada sual məhz belədir: ya oliqarx, ya Gürcüstan və qələbə. Biz qələbəni seçirik, yəni Gürcüstanı seçirik»,

"AzPolitika.info" Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu fikirlər Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin «Qızılgül inqilabı»nın 20-ci ildönümü ilə bağlı tərəfdarlarına müraciətində yer alıb.

Müraciəti Vahid Milli Hərəkat Partiyasının gənclər təşkilatının rəhbəri İqor Narmaniyan yubiley mərasimində oxudyub.

Saakaşvilinin müraciətində qeyd edb ki,  “Qızılgül inqilabı” Gürcüstanı dünya xəritəsinə möhkəm şəkildə qaytarıb. 

"Bir daha sizi Gürcüstanın çoxəsrlik tarixində ən böyük hadisələrdən birinin - "Qızılgül İnqilabı"nın 20-ci ildönümü münasibətilə təbrik edirəm”. “Qızılgül inqilabı” Gürcüstanı dünya xəritəsinə qəti şəkildə qaytardı. "Qızılgül İnqilabı" ilə biz korrupsiyaya, cinayətə, ümidsizliyə və Rusiyaya “yox” dedik....

Unutmayın ki, İvanişvili və Şevardnadze-Abaşidze rejimləri arasında fərq yalnız xüsusi təyinatlıların texnikasındadır, amma bizdə daha çox zireh var. Bizim zirehimiz daha çox təcrübə, yeni nəsil və sivil demokratik dünyanın dəstəyidir- ”,deyə, Saakaşvilinin müraciətində deyilir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol