Menu

Azad edilən ərazilərə indiyədək 4 000-ə yaxın sakin köçürülüb

24.11.2023, 14:26
Azad edilən ərazilərə indiyədək 4 000-ə yaxın sakin köçürülüb

"İşğaldan azad olunan ərazilərə indiyə qədər 4000-ə yaxın keçmiş məcburi köçkün köçürülüb".

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərə ümumilikdə 1000 ailə qayıdıb.

F.Hüseynov bildirib ki, bu ilin sonunadək daha 300 ailə azad olunan ərazilərə köçürüləcək.

"Bununla da Qarabağ və Şərqi Zəngəzura köçürülən insanların sayı 6500 nəfərə çatacaq", - Dövlət Komitəsinin sədr müavini söyləyib.

Şərhlər

dadaşyev 2023-11-24 15:45:08

1 milyonu 5000-ə böləndə 200 edir.200 il yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol