Menu

Azərbaycan Ukraynaya minaaxtaran maşın verib

25.11.2023, 09:20
Azərbaycan Ukraynaya minaaxtaran maşın verib

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Azərbaycan tərəfi Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, - deyə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilir.

Avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də bildirilir.

Şərhlər

dadaşyev 2023-11-25 16:25:15

Ümumiyyətlə,hər şeyin baş-ayaq çevrildiyi hazırkı dünyada yalnız müsliman ölkələrinə,onlardan da yalnız açıq-aşkar bizi dəstəkləyənə yardım etməliyik.Tam əminliklə deyirəm ki,bir gün Ukrayna xoşbəxt olduğunda bir xristian dövləti kimi bizi vecinə də almayacaq.Odur ki gərək indidən elə edək ki bir vaxt Fransanın yollarını-kilsələrini-muzeylərini təmir etdiyimiz üçün bu gün necə peşmanıqsa o günə düşməyək.Kiçik bir xatırlatma yerinə düşər; 44 günlük müharibə yenicə başladığında hansı ölkələr bizə tərəf çıxacaq deyə həyəcanla gözlədiyimiz təbii ki yadınızdadır.Sağ olsun Ulrayna,bizə tərəf çıxanlardan oldu.Amma Zelenski bunu nə şəkildə dedisə xatirinizdədirmi?Olduğu kimi deyirəm:”Donbas və Krım məsələsində Azərbaycan bizə dəstək verdiyi üçün biz də Qarabağ məsələsində Azərbaycana dəstək verməyə məcburuq”.Yəni kimin haqlı olub olmadığnda deyil məsələ,sadəcə,məcbur olublar bizə dəstək verməyə.Yaxşı,deyək ki,Krım və Donbas azad edildi və artıq Ukraynanın heç bir problemi olmadı,o zaman erməniylə aramızda münaqişə yaransa Ukrayna kimə dəstək verəcək?O zaman bizə dəstək verməyə məcbur olmayacaq axı.Demirəm tamamən yardımları kəsək,amma heç olmasa bizə son dərəcə nə lazımdırsa onları verməyək.Ona minaaxtaran lazımdırsa onu iki ilə yaxındır Rusiya ilə müharibəyə başladan və qızışdıran son dərəcə varlı ölkələr versin.ABŞ-ın ümumdaxili məhsulu 21 trilyon dollar,Fransanınkı 4 trilyon dollar.Bizmi 47 milyard ÜDM-lə minaaxtaran verməliyik?

dadaşyev 2023-11-25 11:39:44

Özümüz Qarabağı təmizləyib bitirdikmi minalardan?Qarabağın salamat məntəqələrinə,məsələn,Şuşaya,Xankəndinə,Xocalıya azı yüz min qaçqın yerləşdirmək mümkündürsə niyə köçürülmə işi bu qədər ləng gedir?Cəmi 5000-ə yaxın.(!).44 günlük müharibə zamanı Xankəndindən,Xocalıdan elliklə qaçan ermənilər cəmisi bir neçə ay içində təkrar gəlib doluşa bildilərsə onların olmayan Xankəndi Xocalı şəhərlərinə, biz nəyi gözləyirik?Bakı kimi meqapolisi tərk etmək ağırdırmı yoxsa?Oralarda infrastruktur Bakıdakı səviyyədə deyil,ona görəmi?Bəlkə oralarda yağlı vəzifələr,villalar,marketlər-filanlar yoxdu,ona görə?Hansı ölkədə əyalət infrastrukturu paytaxt infrastrukturu kimi olur ki?Ermənilər təkrar doluşduqdan sonra da Xankəndində hazırkı ifrastrukturla üç il də yaşamadılarmı?Ətraf rayonların minalardan təmizlənməyini gözləyiriksə öz minaaxtaranlarımız bizə hava-su kimi lazım olduğu halda onları başqa ölkələrə niyə veririk?Əcəbdir vallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol