“Gözlənildiyi kimi, Qarabağ mövzusu gündəmdən çıxdıqdan sonra bir tərəfdən Rusiya, digər tərəfdən Fransa və ABŞ arasında Ermənistanla bağlı qarşıdurma vüsət almağa başladı”.
“AzPolitika.info” xəbər verir ki, bunu Vaşinqtonda yaşayan siyasi təhlilçi Ramiz Yunus deyib. “Əslində bütün mübarizə Ermənistanın siyasi sistemi ilə bağlıdır”, - o əlavə edib.
R.Yunusun sözlərinə görə, ümumiyyətlə erməni cəmiyyəti Kremlin birbaşa təcavüzünə məruz qalmış qonşu Gürcüstan və Ukraynanın oxşar vəziyyətindən çıxan dərslərini nəzərə almalıdır: “Rəsmi İrəvan başa düşməlidir ki, regionumuzda belə kəskin siyasi saltolar etməzdən əvvəl ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalamalı, sonra isə Türkiyə ilə münasibətlərini normallaşdırıb, bu ölkələrdən müəyyən təhlükəsizlik yastığı almalıdır. Yalnız bundan sonra Parisə və Vaşinqtona tərəf dönüb, Rusiyanı Ermənistandan sıxışdırmağa çalışa bilər. Alətləri öyrənin və coğrafi xəritəyə baxın, çünki Benjamin Franklinin dediyi kimi: “Görmək asandır, amma qabaqcadan görmək çətindir”.
“AzPolitika.info”


Şərhlər
Bu adam "Leylası" ilə Azərbaycandan köçmədi?İndi ona nə düşüb öz "ağıllı" fikirlri ilə saytlardan əl çəkmir.