Menu

Rəisinin Türkiyə səfəri təxirə salındı - "Tasnim"

28.11.2023, 14:52
Rəisinin Türkiyə səfəri təxirə salındı - "Tasnim"

İran İslam Respublikasının (İİR) Prezidenti İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan işgüzar səfəri təxirə salınıb. 

«AzPolitika.info»  bu barədə İranın «Tasnim» agentliyinə istinadla xəbər verir. 

Bildirilir ki, çərşənbə gününə planlaşdırılan səfər təxirə salınıb, amma yeni tarix hələ açıqlanmır. 

Rəisinin səfəri təxirə salmasının səbəbləri mətbuata məlum deyil. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamışdı ki, iranlı həmkarı Qəzza məsələsini müzakirə etmək üçün noyabrın sonlarında Ankaraya səfər edəcək. 

Rüfət 

«AzPolitika.info»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol