Menu

ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb - Rəsmi Bakının etirazları çatdırılıb

28.11.2023, 14:47
ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb - Rəsmi Bakının etirazları çatdırılıb

28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

XİN-dən bildirilib ki, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.

Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb.

Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib.

Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.

Şərhlər

dadaşyev 2023-11-29 10:44:12

İsveç səfiri də XİN-ə çağırılmalıdır.Başqa pullu Qərb ölkələri ayrı-ayrı QHT-lər vasitəsilə şübhəli pullar gömdərirlərsə İsveç höküməti ayrı-ayrı adamların kartına aybaay pensiya adıyla,yardım adıyla pullar göndərməkdədir.Belə çıxır ki,İsveçə ayağı dəyən hərhansı kasıb adam orada bir neçə ay hərlənib fırlanandan sonra dönüb olur yardım olunmalı adam və ya ömrü boyu Azərbaycanda işləyib pensiyaya çıxıbsa guya ora gedən kimi pensiyasını İsveç pensiya fonduna “dəyişdirir” və odur ki Azərbaycana dönəndə başlayır aybaay pensiyasını İsveç pensiya hesabıyla almağa.(!).Və birdəncə dönüb olur varlı adam.Ev üstünə ev alır,torpaq üstünə torpaq alır,maşın üstünə maşın alır, daha əcaibi budur ki,artıq varlandığı halda Azərbaycandan addımbaşı gileylənməyə,şikayətlənməyə başlayır.Bir soruşan yoxdu ki,a balam,sənə nə düşüb,sənin ki artıq hər şeyin var,sən niyə şikayətlənirsən?Təlimat almısanmı yoxsa?Özü də bu tip adamlar daim səksəkəli olur,öz kölgəsindən qorxmağa başlayır deyə bir az şikayət edən kimi adamların yanında çox dayanmırlar,həmişə guya harasa tələsirlər deyə bir bəhanəylə aradan cırırlar.Dost,qohum,qonşuyla əlaqələri sıfırlanır,tısbağa kimi qınlarına çəkilirlər,çünki qorxurlar ki,söhbət uzanarsa İsveçə getdiyi zaman orada şübhəli qurumlarla nə p-xlar yediyinin üstü açılar. Nəzərə almaq lazımdır ki,İsveç dünyanın hər tür terror təşkilatlarına qucaq açan ölkədir və Türkiyəyə də,bizə də o qədər də isti münasibət göstərən ölkə deyil.O da maraqlıdır ki,o şübhəli pulları bu tip adamlara İsveç hökümətimi göndərir,yoxsa oradakı hansısa əcaib adamlar?Mütləq bittə-bittə araşdırılmalıdır İsveçlə əlaqəsi olan kim varsa.Pulların mənbəyi,göndərilmə səbəbi bilinməlidir.Durub dururkən qardaş qardaşa bir manat verməz boşuna.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol