Menu

“Müharibə davam etməməlidir” – Baydendən İsrailə mesaj

29.11.2023, 14:40
“Müharibə davam etməməlidir” – Baydendən İsrailə mesaj

“Müharibənin davam etməsi HƏMAS-a istədiyini vermək olardı”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden “X” sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.

ABŞ lideri İsrailin adını çəkmədən müharibənin yekunlaşmalı olduğunu bildirib.

“HƏMAS terror hücumu həyata keçirdi. Çünki HƏMAS israillilər və fələstinlilərin sülh içində yan-yana yaşamasından başqa heç nədən qorxmur. Zorakılıq, qətllər və müharibənin davam etməsi HƏMAS-a istədiyini vermək olardı. Biz bunu edə bilmərik”, - deyə Bayden qeyd edib.

Qeyd edək ki, Baydenin bu açıqlaması Qəzza ilə bağlı əvvəlki açıqlamalarına nisbətən daha yumşaq bir bəyanat kimi qəbul edilə bilər.

Ağ Ev bundan əvvəlki bəyanatlarında vurğulayırdı ki, “daimi atəşkəs yalnız HƏMAS-ı gücləndirəcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol