Menu

Neftin qiyməti 68 dollara enib

28.11.2014, 09:25
Neftin qiyməti 68 dollara enib

Neft qiymətləri, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) istehsal kvotasını azaltmamaq barədə qərar çıxartmasının ardından sürətlə düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,82 dollar azalaraq 68,87 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar ucuzlaşaraq 72,43 dollar olub.

Qərdan öncə Brent neftinin qiyməti 78 dollar civarında idi.

OPEC, dünən Viyanada keçirdiyi toplantısında, Venesuelanın hasilatı azaltmaq çağırışına baxmayaraq neft istehsalının miqdarını dəyişdirməmək qərarı çıxarıb. Səudiyyə Ərəbistanının neft naziri Əli Al-Naiminin verdiyi açıqlamaya görə, 12 üzvü olan təşkilat neft hasilatı tavanını gündəlik 30 milyon bareldə saxlamaq qərarı çıxardıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol