Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir.
Bəs mövcud limit ləğv edilə və ya qiymətlər enə bilərmi?
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirib ki, limitin qiymətinin dəyişdirilməsi və ləğv olunması təmsil olunduğu qurumun səlahiyyətində olan məsələ deyil.
Milli Məclisin deputatı Fazil Mustafa da qaz limitinin ləğv olunmasını gündəmə gətirib. O hesab edir ki, Azərbaycanda qazın limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.
Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.
O hesab edir ki, bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Bunun üzərində müzakilər aparılmalı, optimal həlli yolları tapılmalıdır.

Şərhlər
Pay atonnan!A balam,ayda neçə kub qaz işlətdiyini bilməyən və pulunu da verməyən qaz işçilərinin təqdimatıyla ortaya atılan bu əcaib qaz limiti də sevimli xanəndəmiz Niyaməddin müəllimin boynunun ardından uzanmış saçlarına dönüb ee vallah.İllərdi el-aləm deyir kəs a kişi o saçları,vallah-billah pis görünür,nə gündəsən,,hətta o saçlar kəsiləcəyi gün bir qoç qurban deyənlər də olub,amma nə faydası?Heç nəyə gərəksiz bu qaz limiti də eləcə.A balam,burdan bura Türkmənistanda aylıq qaz,işıq,su və duz limiti pulsuz imiş,limiti keçəndən sonra isə qiymətlər son dərəcə aşağı.Təkrar edirəm:Türkmənistanda qaz,işıq,su və duz pulsuz imiş.Bizdə limitdə olana da qiymət qoyulur,dükanlarda sellofan paketlərə də pul çıxılır,moibil telefonlarda buraxılmış zəng mesajları üçün də pul çıxılır,uşaq pulu da verilmir,işsizlik müavinətini də yalnız qulağının dibini görə bilənlər görə bilər və sair və ilaxır.Türkmənlər gözəl yaşayışa necə nail ola biliblər görəsən,ay hörmətli deputatlar?Antalyaya gedib futbol oynamaqdansa,moped və skuterlərə nömrə qoymaq üsulları fikirləşməkdənsə Aşqabada gedin bilmədikləriniz öyrənin də.İş deputat qoyulmaqda deyil ee,deputat gərək xalqa vnimatelnı olsun.
Qaz limiti deyilən şey bələdiyyə sədri kimidi.Baxırsan mövcuddu,amma heç bir işə yaramır.Antalyaya futbol oynamağa gedən deputatlar qaz limiti məsələsini həll edib gedəmməzdilərmi?Amma yox,elə onlar da bələdiyyə kimi,qaz limiti kimi bir şeylərdi.Özləri özlərini necə ləğv eləsinlər?
Nazir oliqarxlar cibleri eriyir tez olun azaldin
Neçə illərdir belə başlıqla məlumat verirsiz ,yorulmadız? Bilirsiz ki bu nə deputat işidir ,nə də Azərqaz