Çeçenistan lideri Ramzan Kadırov Ukrayna tam kapitulyasiya edənə qədər döyüşməyin tərəfdarıdır.
“AzPolitika.info” xəbər verir ki, öz növbəti videomüraciətində Kadırov Rusiyanın Odessa və Xarkovu ələ keçirəcəyini bildirib: "Biz Ukrayna və Qərblə danışıqların getməsini istəmirik. Əminəm ki, yaxın gələcəkdə gözəl xəbərlər olacaq. İlk növbədə mütləq Odessa və Xarkovu geri almalıyıq. Yalnız bundan sonra kapitulyasiya məsələlərindən danışmaq olar. Ona görə də döyüşməli, döyüşməli və yenə döyüşməliyik”.
Bu arada Rusiya KİV-i daha 3 min çeçen döyüşçünün Ukraynaya göndəriləcəyini yazır. Onlar Rusiya Müdafiə Nazirliyi və Milli Qvardiyasının yeni bölmələrinin tərkibində olacaqlar.
Xatırladaq ki, Vladimir Putin G-20-nin son toplantısında Rusiyanın guya danışıqlara hazır olduğunu bəyan edib.
“AzPolitika.info”


Şərhlər
Dağıl a dünya ,ağıldan kəm ,bisavad ,adını belə yaza bilməyən dünyaya meydan oxuyur ,
Şərəfsizin milli mənsubiyyəti olmur