Menu

İsrail ordusu azı 61 jurnalisti qətlə yetirib

02.12.2023, 11:21
İsrail ordusu  azı 61 jurnalisti qətlə yetirib

Altmışdan çox jurnalist işğalçı İsrail ordusunun Fələstin ərazilərini bombalamasının qurbanı olub.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, İsrailin mülki obyektləri bombalaması zamanı azı 61 jurnalist həlak olub. Qeyd olunub ki, jurnalistlər işlərinə görə təqibə məruz qalırlar, həbs və digər maneələrlə üzləşirlər.

“İsrail qüvvələri xəbər agentliklərinə bildiriblər ki, 7 günlük atəşkəsdən sonra döyüşlərin yenidən başladığı Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməzlər”, - bəyanatda deyilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol