Menu

“BU PULU ÇİNƏ VERSƏYDİLƏR, YENİ BİR ÖLKƏ TİKƏRDİ" – “105 milyardı hara xərclədiniz?...” + VİDEO

04.12.2023, 20:52
“BU PULU ÇİNƏ VERSƏYDİLƏR, YENİ BİR ÖLKƏ TİKƏRDİ" – “105 milyardı hara xərclədiniz?...” + VİDEO

Azərbaycanda iqtisadi artım göstəricilərinin zəiflədiyini hökumət özü də etiraf edir. 

Bunun əsas səbəbi bir yandan ölkəmizdə neft hasilatının təbii səbəblərdən getdikcə azalmasıdırsa, digər səbəbi də qeyri-neft sektorunun hələ də lazımi səviyyədə inkişaf etdirilməməsi, iqtisadi qanunvericiliyin, vergi və gömrük qanunvericiliyinin, biznes mühitinin, məhkəmə-hüquq sisteminin və s. müasir çağırışlara adekvat olmamasıdır. Bütün bunlar isə özünü ümumilikdə əhalinin sosial vəziyyətində, iqtisadi aktivlik və inflaysiya səviyyəsində və digər göstəricilərdə əks etdirir.

“AzPolitika.info” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “Laf tv”-yə müsahibəsində sözügedən mövzulara ətraflı şəkildə toxunub.

Müsahibəni təqdim edirik:

Şərhlər

Natiq Cəfərli-yə 2023-12-06 21:51:23

Bu 105 milyardı xaricə ötürən vəzifəlilərdən soruşmaq daha doğru olar.

Natiq Cəfərliyə 2023-12-06 11:11:03

Cəfərli cənabları 100 milyardın xarici ölkələrdə yerləşdiroldiyini və kimlərin apadığını bilmir?

Cümşüd 2023-12-04 21:56:44

Bizimkilər isə Rumıniyada.Türkiyədə neftayırma zavodları,xarici ölkələdə villalar.malikanələr tikir və ya alır,.xarici banklara depozitə sərf edirlər.

miri 2023-12-04 21:20:50

Doğrudur. Əgər ordada "bir dildə fikirləşib, digər dildə danışan"lar və malakeşlər olsa heç bir kənd də tikə bilməzdi. Cünki belələrini öndəgedən göstərməklə " agı qara, qara agdır" deyənləri saxlamağa daha böyük vəsait lazımdır.

B.Hesabdar 2023-12-04 15:36:05

Ortaq şirkət ölkələrindən də hərdn müəmmalı qeydlər izlənirdi ki, Azərbaycanın daha geniş (şaxəli) iqtisadiyyata yüksək ehtiyacı olduğu halda tükənən sərvətə qoyulan kapitalın yüksək payı xarici ölkələrə *ötürülür*?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol