“HÖKUMƏT GECİKİR, XANKƏNDİ MƏSKUNLAŞDIRILMALIDIR...” – “Türk-Slavyan Respublikaları İttifaqının yaradılması ideyasını gündəmə gətirirəm”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin “Yeni Müsavat” qəzetinə müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, sizə elə gəlmirmi ki, artıq Qarabağdan getmiş ermənilərlə bağlı bu qeyri-müəyyənliyə son verməyin vaxtıdır? Ümumiyyətlə, siz qarşıdakı günlərdə bu məsələ ilə əlaqədar hansı addımların atılmasının tərəfdarısınız və gözləntiləriniz nədir?

- Hesab edirəm, hökumət müəyyən qərarlar verməkdə gecikir. Sentyabrın 20-sində qondarma qurum özünü buraxdığını elan etdi. Ayın 26-sında artıq qaçqın və məcburi köçkünlərlə iş üzrə komitənin sədri Rövşən Rzayev Xankəndidən olan məcburi köçkünlərlə görüş keçirdi. Onda ümid yaranmışdı ki, bu insanlar tezliklə öz evlərinə qayıdacaqlar. Köçkünlərin hər biri öz evini tanıyır. Hətta işğal dövründə orda erməni qanunsuz məskunlaşıbsa belə, bu insanlar niyə öz evlərinə qayıtmamalıdır? İlk növbədə onlar, həmçinin Xocalıdan olanlar evlərinə qayıtmalı idilər. Bu məsələnin yubanması bizə beynəlxalq təzyiqləri də artırır. Müəyyən mənada revanşist qüvvələrə, ermənipərəst Qərb dairələrinə stimul və ümid verir ki, Azərbaycana təzyiq edib, erməniləri beynəlxalq təminat altında ora qaytarmaq olar. Bundan başqa, bizim Qərbi Azərbaycandan olan qaçqınlar da Qarabağdakı yaşayış məntəqələrinə yerləşdirilməlidir, Xankəndi daxil olmaqla. Xankəndidə boş evlər var, Hadrut üç ildir bomboş qalıb, hökumət məskunlaşmaya getmir, çətin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünləri həmin yaşayış məntəqələrinə köçürmür. Biz o qədər haqsızlıqlarla üz-üzə gəlmişik ki, görünür, müəyyən narahatlıq var və hökumət qərar verə bilmir. Ən azından qərbi azərbaycanlılar orada yerləşdirilməlidir. Sonra da Ermənistana deyilməlidir ki, siz Qərbi Azərbaycandan olan qaçqınların evlərini boşaldın, onları geri qaytarın, biz də Qarabağdakı ermənilərin yaşamış olduğu evləri boşaldaq, qayıtmaq istəsələr gəlsinlər. Azərbaycan çox prinsipial mövqe ortaya qoymalı, bu barədə beynəlxalq birlik qarşısında açıq danışmalıdır.

- Amma bu günlərdə məlumat yayıldı ki, Ermənistan hökuməti Qarabağdan köçənlərin əksər hissəsini Azərbaycanla sərhəddə, deməli, azərbaycanlıların evlərində məskunlaşdırmağa qərar veriblər.

- Onsuz da azərbaycanlıların evləri 30 il ərzində ermənilər tərəfindən məskunlaşdırılıb, bir çox evlər də dağıdılıb. İndiki halda lazımdır ki, hökumətimiz qətiyyətli qərar qəbul eləsin. Biz hökuməti buna çağırırıq.

- Bəs, Zəngəzurla bağlı fikriniz necədir?

- Söhbət yolun açılmasından gedir. Türkiyə və Azərbaycan birgə bəyanatla çıxış etməli, ermənilərə və onların havadarlarına deyilməlidir ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmasa Ermənistanla nə sərhədlər, nə də kommunikasiya xətləri açılmayacaq. Ermənistanın işğalı altında qalan 8 kəndin qaytarılması üçün isə Ermənistan qarşısında vaxt qoyulmalıdır. Zəngəzurun qaytarılması müzakirə mövzusu deyil. Beynəlxalq birlik Zəngəzuru Ermənistanın ərazisi kimi tanıyır. Vaxtilə Nərimanov həmin torpaqları Ermənistana bağışlayıb. Daha doğrusu, onu buna məcbur ediblər. Amma sərhəddə erməni təxribatı olarsa, ora qoşun yeridilməli, sonra isə 10 noyabr 2020-ci il sazişinə əsasən, Naxçıvana yolun açılması şərtilə Rusiyanın nəzarətinə verilməlidir.

- Söz vaxtına çəkər, Zəngəzurun Azərbaycandan qoparılması 103 il əvvəl, dekabrın ilk günlərində baş verib...

- Bəli. Çox təəssüf ki... Ondan əvvəl də İrəvanı güzəştə getmişdik. Ümumiyyətlə, Ermənistan dövləti Azərbaycan torpaqlarında yaradılıb. Qarabağ da bizim torpaqdır, Ermənistan ərazisi də. Amma de-fakto ermənilər indiki Ermənistan adlandırılan Azərbaycan torpaqlarında yaşayırlar və de-yure Ermənistan müstəqil dövlət kimi tanınıb. Ona görə də yaxşı olar ki, ermənilər orda yaşasınlar, azərbaycanlılar da Azərbaycanda. Sözün düzü, mən yenidən azərbaycanlıların Ermənistana, ermənilərin Azərbaycana qayıtmasını məqbul saymıram. Bu, imkan verəcək ki, gələcəkdə istənilən vaxt “köz”ü üfürsünlər, münaqişə ocağını alovlandırsınlar, yenidən etnik zəmində qarşıdurmalar yaratsınlar. Böyük dövlətlər niyə tələb edirlər ki, yox, ermənilər mütləq qayıtsınlar? Onlar bu kartdan həm Ermənistana, həm Azərbaycana təzyiq üçün istifadə edirlər, hər iki dövlətin siyasətinə təsir göstərir, bu dövlətləri nəzarətdə saxlamağa çalışırlar. Ona görə də Ermənistanla açıq danışmaq lazımdır ki, biz nə vaxta qədər bir-birimizi qıracağıq, bu münaqişəyə son qoyulmalı və biz dinc, yanaşı yaşamalıyıq. Bunun da yolu odur ki, ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda yaşayır.

- Amma Naxçıvan yolu da açılmalıdır, elə deyilmi?

- Bəli, Naxçıvana yol birmənalı şəkildə verilməlidir! Danışıqlarda Ermənistanı başa salmaq lazımdır: sizin nə qədər ağlınız var ki, Qərbin yağlı vədlərinə inanırsınız? İndi bizdəki Qərbin uşaqları da gecə-gündüz çığır-bağır salıblar ki, Qərb Ermənistanı silahlandırır və sair. Qərbin silahı varsa Ukraynaya versin. Baxın, Ukrayna hansı vəziyyətdədir. Qərb Ermənistanı silahlandırıb nəyə nail olmaq istəyir? Ukraynanı “silahlandırıb”, nəyə nail oldular? 44 milyonluq Ukraynanı bu gün zəlil günə salıblar, 2 milyonluq Ermənistanı silahlandırıb nə qazanacaqlar? Bir tərəfdə 85 milyonluq Türkiyə, digər tərəfdə 10 milyonluq Azərbaycan, Xəzərin o tayında Türk dünyası və sair. Yəni, gərək azacıq ağlın ola, başa düşəsən ki, səni silahlandırmaqla əslində məhvinə yol açırlar, düz yola çağırmırlar. Necə ki, vaxtilə Ukraynaya düz yol göstərmədilər. Ermənilərə də başa salmalıyıq ki, Qərb səni məhvə aparır! Anlatmalıyıq ki, a kişi, dünyada bu məsəl elə belə yaranmayıb: “Amerika ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur”. ABŞ bütün dostlarını, müttəfiqlərini həmişə yarıyolda qoyub. Əfqanıstandan axırıncı dovşan qaçışı gözümüzün qabağında olub. İraqda, Vyetnamda, Suriyada baş verənlər faktdır, bu ölkəyə güvənmək olmaz. Bu ölkənin siyasi elitası artıq o tip insanlardan formalaşıb ki, onlar dəyərlər məsələsində ardıcıl deyillər, onlara güvənmək olmaz, onlara güvənən Ukraynanın, Əfqanıstanın vəziyyətinə düşür. Əfqanıstanda onlarla əməkdaşlıq etmiş insanlar uçan təyyarənin şassisindən sallanırdılar, bilirdilər ki, onları nə gözləyir, amma Amerika onları qoyub, qaçırdı.

- Ukraynada vəziyyətin təhlükəli fazaya keçdiyini, hətta Rusiya Dövlət Duması üzvlərinin postsovet məkanındakı digər ölkələri də təhdid etdiyini müşahidə etməkdəyik. Bu, nədən xəbər verir?

- Əslində Ukraynada kollektiv Qərblə Rusiyanın savaşı gedir. Kollektiv Qərbin baxmayaraq ki, güclü iqtisadiyyatı, güclü silahları var, onları arxasınca apara biləcək güclü lider yoxdur. Allahın iradəsinə, təbiətə qarşı çıxaraq üçüncü cins yaradıblar. Eyni cinsdən olanların nikahını artıq kilsədə qeydə alırlar və sair. Bütün dinlərdə bu, qiyamətin yaxınlaşdığını göstərən əlamət sayılır. Orda cəmiyyət ifrat dərəcədə liberallaşıb, həm də eybəcərləşib, kişi-qadın qarışıb bir-birinə. Güclü liderlərin önə çıxmasına imkan yoxdur. Cəmiyyət daha çox əzilib-büzülən insanlara səs verir. Ona görə də orda Putinlə üz-üzə dayanacaq güclü lider yoxdur. Putin də kifayət qədər ağıllı, həm də cəsarətli adamdır, haqqında nə deyilməsindən asılı olmayaraq. 2014-cü ildə yetim quzu təsiri bağışlayan Obamanın zəifliyindən istifadə edən Rusiya Krımı ilhaq etdi. O zaman Bayden vitse-prezident idi və Putin düşündü ki, Krımı quru yolla özünə birləşdirmək üçün indi ən uyğun vaxtdır. Çoxları deyir ki, Rusiyanın əsas məqsədi Ukraynada hakimiyyət dəyişikliyidir. Məncə, Rusiyada fikirləşirdilər ki, bu, baş tutsa, yaxşı olar. Amma görəndə ki, onların tərəfdarları Kiyevdə Krımdakı kimi hakimiyyəti dəyişə bilmədilər, onda ikinci plana əl atdılar, Krımla quru əlaqənin yaradılmasına. Buna nail olandan sonra da Ukraynanı tükədir ki, sonda Kiyev məcbur olub, sühə getsin. Ukrayna və onun Qərb tərəfdarları təslim olmanın abırlı yolunu axtarır. Ukrayna müharibəsinin başlandığı günün səhəri demişdim ki, Ukraynanın qalib gəlmək şansı yoxdur və sonda Kiyevi ərazi güzəştlərinə məcbur edəcəklər. Ona görə ki, ABŞ Ukraynaya ciddi dəstək vermək fikrindən çox uzaqdır. 2021-ci ilin yayında Cenevrədə Putinlə Bayden görüşdü. Məhz o görüşdən sonra Putin Ukraynaya təzyiqi artırmağa, müharibə hazırlıqlarına başladı. Bəlkə biz nəsil onu görməyəcək, amma günün birində ABŞ-da arxivlər açılsa və Baydenin Rusiyanın agenti olduğu üzə çıxsa, gərək heç kim bundan təəccüblənməsin. Baydenin oğlunun Ukraynadakı korrupsiya əməlləri ilə bağlı çoxlu materiallar dərc olunub, Tramp Baydenə qarşı ondan istifadə edirdi. Ola bilsin Rusiyanın əlində onu şantaj edə biləcək kifayət qədər ciddi kompramatlar var. Ona görə də Bayden özünü elə aparır ki, guya Ukraynaya yardım etmək istəyir, amma Respublikaçılar qoymur. Amma müharibə təzə başlayanda Lend-liz aktı qəbul olundu, onda Konqresdə heç bir müqavimət yox idi. Bu müqavilənin mənası nə demək idi? Ukrayna nə qədər istəsə, silah alır, amma müharibədən sonra ya salamat qalmış texnikanı qaytaracaq, ya da pulunu ödəyəcək. ABŞ-ın İkinci Dünya Müharibəsində SSRİ-yə göstərdiyi yardımla indi Ukraynaya etdiyi yardımı müqayisə edin. İlk gündən Ukraynanı tükətmək, Ukraynanın döyüşkən oğullarını “ət maşını”ndan keçirmək yolunu tutdu, az silah verirdilər ki, vətənpərvərlər qırılsın, yerdə qalanlar özləri “sülh” deyə, qışqırmağa başlayacaqlar. Ona görə də burada “Qərb” deyib, mələşənlərə çox da diqqət yetirmək lazım deyil. Siyasətçi gərək heç vaxt reallıq hissini itirməsin. Çörçilin gözəl sözü var, mən çox xoşlayıram. Deyir real siyasətdə çox uzağa baxmaq müdrik davranış deyil. Tutaq ki, Azərbaycanda böyük ideya adamları, idealistlər Turandan danışır. Amma ölkənin siyasətini müəyyənləşdirən bir adam çıxıb açıq formada Turandan danışırsa, demək reallıq hissini itirib. Ona görə də bəzən hansısa taktiki addımlarla razılaşmasaq da Azərbaycanın təmkinli və balanslaşdırılmış xarici siyasəti tam başadüşüləndir.

- Demək Rusiya ilə münasibətlərdəki ehtiyatlılığımızı da doğru hesab edirsiniz, eləmi? Həmçinin sülhməramlılarla bağlı...

- Mən həmişə demişəm, biz elə davranmalıyıq ki, Rusiya onun nüfuzuna xələl gəldiyini və Cənubi Qafqazdan sıxışdırıldığını düşünməsin, özünün regionda varlığını hərbi iştirakda görməsin. Gözləmək lazımdır, vaxtı çatacaq, sülhməramlılar da çıxıb gedəcək. Tez gedərlər, lap yaxşı, geməzlər, səbrlə vaxtı gözləmək və işləmək lazımdır. Rusiya faktorunu biz öz siyasətimizdə mütləq nəzərə almalıyıq. Təkcə ona görə yox ki, o, Azərbaycana münasibətdə ədalətsiz davrana bilər. Daha çox ona görə ki, bizim Rusiyaya ehtiyacımız var. Tarixən elə gətirib ki, biz rus xalqı ilə 200 ildən artıq bir imperiyanın tərkibində olmuşuq, bir coğrafiyada yaşayırıq. Bu gün rus dili əksər türk dövlətləri və xalqları arasında ortaq ünsiyyət vasitəsidir. Rusiyada 2 milyon azərbaycanlı, çoxlu türk və müsəlman xalqları yaşayır. Müstəqil dövlət olmasalar da, federasiya tərkibində dövlət institutları formalaşıb. Bizim türk xalqları ilə yaxınlığımız, bir yerdə olmağımız üçün Rusiya ilə MDB çərçivəsində 3+3 formatında əməkdaşlığımız çox önəmlidir. Mən ictimai müzakirələr üçün Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları İttifaqının yaradılması ideyasını gündəmə gətirirəm. Bütün Avropa ölkələrinin Avropa İttifaqında olması faydalı deyil. Sovet dövründə Varşava paktı, Şərqi və Qərbi Avropa ölkələri arasında həm də rəqabət var idi. Bu rəqabətdə qalib olmaq üçün Qərbdə ədalətə, qanunun aliliyinə çox önəm verirdilər. Amma SSRİ dağılandan sonra Şərqi Avropadan olanlar da doldular Qərbi Avropaya və həmin ölkələrdə korrupsiya, istehsalda keyfiyyətin aşağı düşməsi, qanunun aliliyi ilə bağlı çox ciddi problemlər, qaçaqmalçılıq, dəyərlərin itməsi və sair və ilaxır baş verdi. Deyim var, bütün yumurtaları bir səbətə yığmaq doğru deyil. Ona görə də Avropada ikinci iqtisadi-siyasi mərkəzin formalaşmasına böyük bir ehtiyac var, həm də Çinlə Avropa arasında. Avrasiya məkanında yeni bir mərkəzin yaranması müsbət mənada rəqabətə, iqtisadi inkişafa yol açacaq, təhlükəsizliyə xidmət edəcək. 2-ci Dünya Müharibəsindən sonra, SSRİ dağılana qədər, Avropada indiki kimi qanlı savaşlar olmamışdı. Yeni İttifaqda Türkiyə və İranın olması postsovet respublikalarını qorxutmayacaq ki, bu, SSRİ-nin yenidən bərpasıdır. Türkiyə və İran birlikdə əhali sayına və iqtisadi gücünə görə Rusiyadan üstündür. Yeni mərkəzin yaranması həm də Avrasiya məkanında balans yaradacaq. Bir tərəfdə Türkiyəsiz NATO - ABŞ və Avropa İttifaqı - digər tərəfdə Çin, onların arasında yeni ittifaq. Türkiyəni onsuz da Avropa İttifaqına qəbul etməyəcəklər, nə qədər danışıq aparırlarsa, aparsınlar. NATO üzrə müttəfiqləri Türkiyəni paçalamaq istəyən PKK, YPG və sair kürd terror təşkilatlarını silahlandırır, amma Türkiyəyə müasir silahlar satmırlar. Ona görə Türkiyənin yeni ittifaqda olması onun milli maraqları baxımından daha məqbuldur. Mən İranı da türk dövləti hesab edirəm. Düzdür, orada farsların hökmranlıq etdiyi teokratik rejim var. Amma fars millətçiləri İranda həmişə hakimiyyətdə olmayacaqlar. İnkişafın bir mərhələsində mütləq cənubi azərbaycanlıların milli hüquqlarını tanımalı olacaqlar və dövlətin siyasətinin müəyyənləşdirilməsində Azərbaycan türklərinin böyük rolu olacaq.

- Qüdrət bəy, amma Rusiyanın təsis etdiyi Avrasiya İqtisadi İttifaqı mövcuddur. Sizcə, Rusiya öz təşəbbüsünü əldən vermək istərmi?

- Rusiya onu postsovet ölkələri hesabına yaratmağı düşünür. Mən dediyim isə fərqli bir şeydir.

- Azərbaycanı da orda görmək istəyir...

- Bəli. Əslində mən onun da əleyhinə deyiləm. Çünki bizim xalqın sosial-inkişaf indeksi ruslardan aşağı olduğuna görə qanunçuluğun inkişafında və nisbətən daha azad bazar iqtisadiyyatının formalaşmasında Avrasiya İttifaqı bizə kömək edə bilər. Amma bu ittifaq Avropa Birliyi ilə rəqabət aparmaq gücündə olmayacaq, əgər Türkiyə və İran orda olmayacaqsa. Azərbaycan Türkiyə ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmalıdır. Yəni bizim təhlükəsizliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı rolunda Türkiyə çıxış etməlidir.

- Necə bilirsiniz, 2025-də rus hərbçiləri Qarabağdan gedəcəkmi?

- Bu, regiondakı proseslərdən asılı olacaq. Tez də baş verə bilər, amma proses gecikə də bilər. Bu, regiondakı geosiyasi vəziyyətdən asılı olacaq. Bunu indidən proqnozlaşdırmaq olmaz. Əminəm ki, İlham Əliyev şəraitdən asılı olaraq ən düzgün qərarı qəbul edəcək. Ona görə ki, biz çətin, mürəkkəb dövrə qədəm qoymuşuq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Zamanında düzgün qərar vermək lazım gələcək.

Şərhlər

Sabir 2023-12-09 19:16:14

Sordular ki,ən ağıllınz kimdir,Cavab gəldi ki.öndə gedən kəndirli. ,,

Həqiqət 2023-12-08 10:22:46

Hakimiyyətin hadisələri qabaqlamağa,vaxtında məlumat almaq imkanları varmı?Haakimiyyət əsasən ölkəni talan etmək.rüşvət toplamaq və toplananları xaricdə y3rləşdirməyə zaman tapa bilir.Ona görə bu hadisələr ona maraqlı deyil.

Fərman 2023-12-07 18:23:02

Azərbaycan hökuməti nə zaman hadisələri qavaqlayıb ki? Həmişə jadisələrin dalınca oyanır,əhali əziyyət çəkir.Hökumət inert bir qurumdur.Belə baş naziri olan ölkə fə elə belə olar.

B.Qarabağlıson 2023-12-06 13:58:32

Azərbaycanlı ailələrinin 1987-1994cü illərdə Ermənistandan kütləvi deport və Azərbaycanın öz ərazisində öz doğma evlərindən uzaq-əcnəbi daşnaqların və Ermənistanın vəhşi-hərbi genosid terroru cinayətlərini daxili və beynəlxalq (SSRİ, RF, MDB, Avropa İH və Ədalət) mühakimələri hədsiz (otuz il) gecikməkdədir.

Türk 2023-12-06 13:21:05

RUS FARS TÜRKÜN ƏBƏDİ DÜŞMƏNİDİR.

Oxucu. 2023-12-05 19:20:35

Həmin qaçqınkomda Ağdamdan Qasım və Nazim var,onlar yeznə qaindirlər,təkcə Nazimin qızının sürdüyü maşının qiyməti 1500000 min manatdır,şübhəsizki Qasımın imkanı Nazimdən 100-dəfə çoxdur,Nazim kürəkənin adına plastik sex işdədir burda bütün sifarişlər qaçqınkomdan gəlir,daha doğrusu Qasımdan budur real gerçəklik.

dadaşyev 2023-12-05 15:34:58

Əlbəttə,oralar boş qaldıqca xaricdən oralara göz dikənlər çox olacaq,gedənlərin qəlblərində ümid yeri qalacaq qayıtmağa və yeni hoqqalar çıxarmağa.”Müqəddəs yerlər boş qalmaz” nahaqdan deməyiblər ki?Amma qaçqınların hamısı həqiqətən də getmək istəyirmi?Bəlkə məsələnin kökü bundadır?A balam,otuz ildir Bakıya,meqapolisə öyrəşmiş adamlardı,yarımbakılı olublar artıq,ev-eşiklərini,villalarını,yağlı vəzifələrini buraxıb yenidən dağlar başına getmələri asandırmı?Elliklə getməyi tələb etdilər də hökümət qoymadı?Və elliklə gedərlərsə Qaçqınkom deyə bir quruma ehtiyac olacaqmı?Qaçqınlıq bitincə Qaçqınkom məsələsi də bitməzmi?Bitməsi kimlərə sərf eləmir?Hanı,üç il qabaq,yayda yoxlamalara başlanacaqdı o qurumda,artıq nə müharibə var,nə antiterror əməliyyatı,noldu,niyə yoxlanmır?Yəni belə çıxır ki,bu otuz ildə ən şəffaf işləyən qurum olub da,heç kim bircə manata da gözünün ucuyla belə baxmayıb ki,boğazımızdan hələ bir tikə də haram çörək keçməyib,Orada kimlər işləyibsə yalnız maaşa işləyib?Yoxlayın da.Niyə yoxlamırsınız?

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.