Menu

Alimpaşa Məmmədovun növbəti məhkəməsi keçirilib - Şahid dindirilib

05.12.2023, 15:21
Alimpaşa Məmmədovun növbəti məhkəməsi keçirilib - Şahid dindirilib

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, məhkəmə iclası Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmədə bir nəfər şahid dindirilib.

Növbəti məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

Qeyd edək ki, bundan öncəki məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt vermişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Eli 2023-12-05 16:23:07

Qurani Kerimde bele bir aye var:”Her kes öz emelinin girovudur.”Allah darda olanların qapısını açsın.Ancaw bu adam Rehmetlik Fazil Memmedovun nazir işlediyi dövrde yüksek vezifede olanda -“Menim Generalıma xeyanet edenler cezalanmalıdır”deyerek çox oyunlar oynayıb.Fazilin bunun vezifede irelilemende konkret xidmetleri olub .O işdennçıxandan sonra Şemkirde Hotelde olanda bu şexs göstetiş verib hötelin işıqlarını keçirtdirib.Fazilin xeyir duası ile be hele içeride çox “Meydan sulayacaq.” Etme ederler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol