Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.
“AzPolitika.info” xəbər verir ki, özünün “feysbuk” səhifəsində paylaşım edən Saakaşvili Paşinyana Rusiyadan qurtulub Avropa İttifaqına və NATO-ya “qaçmağı” məsləhət görüb:
“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub… Bu qadağa Paşinyan üçün bütün qırmızı işıqları yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü sevmir və bu embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır. Mən bunu Ermənistanın Baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, bərk qaç, KTMT-dən, Avrasiya İqtisadi İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası Rusiyadan uzaqlaşın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin bulldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bundan uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi və yırğalanmağı dayandırın. Gecikmək ölümə bərabərdir!”
“AzPolitika.info”

Şərhlər
Anlamırıq, ay Mixail. Axı bu köpeyoğlu Paşinyan hansı resutrslarınan haraya qaçsın. Siz qaçdınız da, yəni Avropa dediniz də ne oldu. Zelenski de Avropa dedi, gələn il taleyi nə olacaq bilinmir. Ola ki de bambılı Paşinyan. Neden anlamırıq ki, Avropanın "desteyi" bir yere qederdir. Çıxarları tamam olana kimi. Yoxsa onların ne Gürcüstan, ne Azərbaycan, ne Ermənistan umurunda bele deyil. Lütfen anlayın artıq. Bu gün Bizim ölkə Başçısı ADA-da keçirilen tedbirde bir yaxşı söz dedi. o Avropa birliyi ki bizi üzvülüyə qəbul etməyəcək, biz onaların qapısını döyüb neden özümüzü biyabır etməliyik. Sadəcə ders almaq lazımdır.