Menu

Zəlzələdən sonra dəmiryol infrastrukturuna ciddi ziyan dəyib? - RƏSMİ AÇIQLAMA

07.12.2023, 11:54
Zəlzələdən sonra dəmiryol infrastrukturuna ciddi ziyan dəyib? - RƏSMİ AÇIQLAMA

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dən verilən məlumata görə, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol