Menu

"Reuters" agentliyi jurnalistin ölümüylə bağlı İsraildən izahat tələb edir

07.12.2023, 17:15
"Reuters" agentliyi jurnalistin ölümüylə bağlı İsraildən izahat tələb edir

«Reuters» agentliyi Təl-Əvivdən öz əməkdaşı, 37 yaşlı İssam Abdullahın oktyabrın 13-də Livanda ölümü ilə bağlı izahat verməsini tələb edib. 

"AzPolitika.info" xəbər verir ki, agentliyin öz araşdırmasına görə, o, İsrail tank heyətinin açdığı iki atəş nəticəsində həlak olub, onun qaynar nöqtədə xəbər verən 6 həmkarı isə yaralanıb. Müstəntiqlər bu qənaətə “30-dan çox dövlət və təhlükəsizlik işçisi, hərbi və məhkəmə ekspertləri, vəkillər, həkimlər və şahidlərlə söhbətdən” sonra gəliblər. Onlar həmçinin səkkiz media orqanında ərazidən çəkilmiş video görüntüləri və hücumdan əvvəl və sonra yüzlərlə fotoşəkilləri, o cümlədən yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərini nəzərdən keçiriblər.

«Reuters» agentliyinin baş redaktoru Alessandra Galloni daha əvvəl İsraili “hərtərəfli araşdırma aparmağa və baş verənləri izah etməyə” və Abdullahın ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırmışdı.

BMT-də məşvərətçi statusu olan İsveçrənin «Press Emblem Campaign» (PEC) qeyri-hökumət təşkilatı İsrail, Livan və Fələstində oktyabrın 7-dən bu yana gedən döyüşlərdə ən azı 65 mətbuat işçisinin həlak olduğunu bildirib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol