Menu

İsrail ordusu xeyli sayda fələstinlini əsir götürüb - FOTOLAR

08.12.2023, 12:14
İsrail ordusu xeyli sayda fələstinlini əsir götürüb - FOTOLAR

Qəzzanın şimalında İsrail əsgərləri tərəfindən onlarla fələstinli əsir götürülüb.

“AzPolitika.info” xəbər verir ki, İsrail hərbçiləri əsir götürdükləri fələstinliləri təhqir edərək, onları alt paltarlarıına qədər soyundurub, əllərini bağlayıb və dizləri üstə əyləşməyə məcbur ediblər.

İsrail mediası tərəfindən paylaşılan fotolarda işğalçı İsrail ordusunun əsgərlərinin həmin şəxsləri yük maşınlarına mindirdiyi görünür.

Bu şəxslərin Cəbəliyyə qaçqın düşərgəsində və Qəzzanın şimalındakı dinc fələstinlilər olduğu bildirilir.

İşğalçı İsrail ordusunun bu qeyri-insani davranışı böyük etirazlara səbəb olub.  

Görüntülərlə bağlı jurnalistlərin suallarını cavablandıran İsrail ordusunun sözçüsü Daniel Haqari həmin şəxslərin əsir götürüldüyünü təsdiqləyib.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol