Menu

Putin prezidentliyə namizədliyini açıqlayıb

08.12.2023, 15:23
Putin prezidentliyə namizədliyini açıqlayıb

Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

“Report” “Komersanr”a istinadən xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol