Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib. Nazirlikdən verilən məlumata görə, dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb.
Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur.
Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək.
Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib.
Bununla yanaşı, Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək.
Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.
Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub.
Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.

Şərhlər
Nazirlik icraedici orqandır,o,siyasətlə məşğul olmur (bütün şöbələrin adının sonunda siyasət sözünün olması nazirliyin öz funksiyalarını düzgün dərk etmədiyini göstərir),nazirlik qanunverici orqanın qəbul etdiyi Təhsil qanununu icra etməlidir,və bu məqsədlə əmək bazarının,sahibkarın tələbləri ,kompetensiya yönümlü müasir təhsil texnologiyaları əsasında tədris prosesi konstrukssiya etməlidir
Təhsildəki bütün əyər -əskiyliyi cəmi 2-3 il bundan qabaq nazir təyin olunan insanın üzərinə yıxmaq ədalətsizlikdir,allahdan qorxun..Səhv etmirəmsə 25 ildən çoxdur ki, şagirdlər repetitor yanına gedirlər...
Bu adam ,3 il nazir maaşı alandan sonra, hələ də təhsil probleminin nədə və harada olduğunu anlamır... 3-4 ildən sonra bu nazirliyi ləğv edib M.Cabbarovun kontoruna yapışdırmaq olar. Onsuz , zatən təhsil deyilən bir şey qalmadı...
Bu qədər əlavə şöbələr o qədər də şöbə müdirləri,işçiləri və onların maaşları deməkdir.Hamı müdir olmaq istəyir deyə "N" qədər şöbə yaratmaq olmaz ki."Məktəbəqədər və ümumi təhsil" siyasəti,"Elm və ali təhsil" siyasəti,"Uşaq və gənclərin inkişafı" siyasəti və "Peşə təhsili" siyasəti elə həmən-həmən eyni şeylərdi,bu şöbələri bir şöbədə də birləşdirmək olardı."İctimaiyyətlə əlaqələr və kommunikasiya" ilə "Satınalma və qrantlar" sektorunu da "Strateji planlaşdırma" sektorunda birləşdirmək,vəssalam.Dövlətin pullarını boşuna niyə xərcləyəsiniz ki?Onsuz da hamı repetitor yanına gedir.O qədər yeni şöbələrdənsə bircə "Repetitor şöbəsi" yaradaydınız,həm repetitorluq rəsmiləşəydi,həm də təhsil sürətlə inkişaf edərdi.Bu gün gənclərimiz təhsillidirsə yalnız və yalnız repetitorlar sayəsindədir.Bunu bilməyən varmı yəni?Məktəb sadəcə attestat vermək üçündür.
E.Əmirullayev ... 2020-ci ildən təhsilimizin vayına oturandan sonra guya nəsə edəcək təəssüratı yaratmaq üçün təzədən "razqon" götürüb. Yerlərdə hər addımda təhsilin vəziyyətinin necə də bərbad günə düşürüldüyünü, təhsilin repetitorların hesabına süründüyünü gördükcə bu nazir vəzifəsi daşıyan ....... nifrətim daha da şiddətlənir... Allahdan başqa sənin cəzanı verəcək kimsənin olmadığını bilərək səni ONA tapşırıram.