Menu

Rusiya və Misir prezidentləri razılığa gəldi - "Qəzzada atəşkəs üçün çalışacaqlar"

09.12.2023, 16:12
Rusiya və Misir prezidentləri razılığa gəldi - "Qəzzada atəşkəs üçün çalışacaqlar"

Misir prezidentl Əbdülfəttah əs-Sisi və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Qəzzadakı vəziyyəti, anklava humanitar yardımın çatdırılmasını müzakirə edib və İsraillə Fələstin arasında atəşkəs əldə etməyə çalışmaq barədə razılığa gəliblər.

"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi məlumat verib.

"Söhbət zamanı bölgədəki, xüsusən də Qəzza zolağındakı vəziyyət gərgin siyasi və humanitar vəziyyət fonunda müzakirə edildi" -  deyə, Fəhmi «Facebook-»da bildirib. 

O, əlavə edib ki, tərəflər Misirin Qəzza xalqına dəstək üçün lazım olan ən böyük humanitar yardımı zolağa çatdırmaq səylərini müzakirə ediblər.

Misir prezidentinin sözçüsü bildirib ki, Əl-Sisi və Putin atəşkəsi əldə olunması üçün ciddi şəkildə şalışmağa razılaşıblar.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol