Menu

“Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil” – Ərdoğan

09.12.2023, 18:58
“Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İnsan Haqları Gününə həsr olunmuş forumda çıxış edərək BMT-də islahatlara ehtiyac olduğunu açıqlayıb.

“AzPolitika.info” Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti ABŞ-nin BMT Təhlükəsizlik Şurasının iclasında Qəzza ilə bağlı qətnaməyə veto qoymasını kəskin tənqid edib.

"Təəssüf ki, Təhlükəsizlik Şurası bir daimi üzv - ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil", - Türkiyə lideri bildirib.

“BMT-də mütləq islahatlar aparılmalıdır”, - o vurğulayıb.

“İndiki BMT, onun Təhlükəsizlik Şurası ilə bəşəriyyət heç bir məqsədə nail ola bilməyəcək”, deyə o, təşkilatın Təhlükəsizlik Şurasının “7 oktyabrdan sonra İsraili müdafiə edən şuraya çevrildiyini” vurğulayıb. Türkiyə lideri ABŞ-ı yəhudi dövlətinin əsas müdafiəçisi adlandırıb.

Ərdoğan Türkiyənin İsraillə münaqişədə Fələstinin tərəfini tutacağını da vurğulayıb. Əvvəllər o, dəfələrlə bəyan edib ki, Fələstin-İsrail münaqişəsinin həlli üçün yeganə variant 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasıdır.

Ərdoğan əvvəllər dəfələrlə bəyan edib ki, “dünya beşdən böyükdür”, yəni BMT Təhlükəsizlik Şurasında həlledici səs və veto hüququna malik yalnız beş ölkə olmamalıdır. 

Rüfət

AzPolitika.info

Şərhlər

Fikir 2023-12-10 09:46:34

TŞ-na beşdən çox ölkəyə veto hüququ verilsə eyni şey olacaqdır, vetonu ən azı heç olmasa 3 ölkənin verdiyi halda qəbul olunan olsa normallaşar, digər tərəfdən, cırtdan dövlətlərin də Amerika, Rusiya, Çin kimi veto hüququ alması da doğru olmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol