Menu

Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb - 4-nün vəziyyəti ağırdır (FOTO)

10.12.2023, 10:58
Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb - 4-nün vəziyyəti ağırdır (FOTO)

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt bürosu xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza nəticəsində azı 6 nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib. 

Yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol