Menu

"Revanşist əhval-ruhiyyəni gücləndirənləri ölkənin taleyi düşündürmür" - Gevorq Papoyan

11.12.2023, 13:08
"Revanşist əhval-ruhiyyəni gücləndirənləri ölkənin taleyi düşündürmür" - Gevorq Papoyan

Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirmək istəyən xarici qüvvələr var.

“Report” xəbər verir ki, bunu Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının deputatı Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın mövcudluğu həmin qüvvələri maraqlandırmır: “Biz üçüncü güclərin əlində alətə çevrilməməliyik”.

Parlamentarinin sözlərinə görə, Ermənistan güclənmək və möhkəm dövlətçiliyə sahib olmaq istəyirsə, qonşularla dialoq aparmalıdır.

Deputat Azərbaycanla sülh müqaviləsinin Ermənistana lazım olduğunu diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol