Menu

Bakıda körpünün üzərində çökmə yaranıb

13.12.2023, 09:11
Bakıda körpünün üzərində çökmə yaranıb

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, - Mərkəz diqqətə çatdırıb.

Şərhlər

dadaşyev 2023-12-14 01:25:08

Körpülər belə donqili tikilməsəydi,yollar belə donqili salınmasaydı xəzinəyə milyardlarla Ziyan vuran Məmmədovun oğlu Londonda 70 milyona villa alıb ora köçə bilərdimi?

Mühəndis 2023-12-13 12:46:33

Bəs körpu niyə çöküb? Bunu tikən hansı şirkətdir ? Onun məsuliyyəti?

dadaşyev 2023-12-13 10:44:21

Davamlı olaraq dövlətin yollara-körpülərə ayırdığı milyonlardan dədələrinin malıymış kimi spisat eləyib yedikləri onları tikən məmurların burunlarının iki deşiyindən də davamlı gəlsin.Tikinti üçün ayrılmış vəsait gepardın kilometrlərlə qaçıb tutduğu ceyran kimidi,sırtlan sürüsü isə ov dalınca qaçmaz,pusquda durub ceyranın ovlanacağını gözlərlər.Gepard ceyranı tutub heç ikicə tikə yeməmiş sürüynən şığıyarlar qıyya çəkə-çəkə leş üstünə,onca dəqiqəyə ceyranın sümükləri də qalmaz vallah,xarthaxart çaraqhaçaraq gözlərinə təpərlər.Yol-körpü tikən məmurlar da bax o sırtlan sürüsü kimidi,gözləri həmişə dövlətin xəzinəsindədi.Ayrılan vəsait hələ əllərinə çatmadan havadaca qapıb spisat eliyərlər milyonları,bu filankəsin,bu peşmankəsin,bu məni bu vəzifəyə qoyanın,bu məni bu vəzifəyə qoyanı o vəzifəyə qoyanın ki vermək bacarığımı görüb məni bu vəzifəyə qoyanın dalınnan dəysin məni onun yerinə qoysun, bu rəisin,bu bələdiyyənin,bu fövqəladənin,bu sanepidstansiyanın,bu JEK müdürünün,bu bazarkomun,bunlar da ki Boq znaet çto.Yerdə qaldı bir dilim,onu da yollara və körpülərə girdirim.Odur ki deputatlar məsələ qaldırmalıdırlar ki,yollar və körpülər vəsaitin spisat olmuş hissəsiylə tikilsin.Səsə qoyulsun,kto za,kto protiv.Vəssalam.Bunnan.Edinoqlasno.

Mahir 2023-12-13 10:08:22

Nağıla bax... Körpünün eninə 1-2 metrlik hıssəsi çöküb, qalan hissəsi yox?.. ziyanın vaxtında keyfiyyətsiz inşa edilmiş körpülərdir- 50% pulunu basıb yeyəndə belə olur. Bakı-Sumqayıt yolu, Gəclik qovşağı- haməsə yaddaşlarda qalır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol