Menu

Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçildi – Jurnalisti 5 ildən 8 ilə qədər cəza gözləyir

14.12.2023, 17:37
Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçildi – Jurnalisti 5 ildən 8 ilə qədər cəza gözləyir

Dekabrın 14-də Bakı Şəhər Baş Polis İdarəsində jurnalist Hafiz Babalıya qarşı Azərbaycan CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə vəkil Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, Babalı ittihamı qəbul etmir və onu jurnalist fəaliyyəti ilə əlaqələndirir. Bu gün Xətai Rayon Məhkəməsində Babalı barəsində qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılıb. Hakim jurnalistin 3 ay müddətinə həbs olunması barədə qərar verib. 206.3.2-ci maddə ilə onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Turan” Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalını dekabrın 13-də saxlayıblar. Saxlanıldıqdan sonra onun Sumqayıtdakı mənzilində axtarış aparılıb, kompüteri, mobil telefonu, sənədləri müsadirə edilib. DİN nümayəndəsi Babalının “Abzas Media” əməkdaşlarına qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-12-14 19:45:18

Darıxma ,Tofiq Yaqublu da yanına gəlir ,Kürdəxanı da birlikdə araşdırarsız

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol