Menu

“MƏNİ BU İCLASA DƏVƏT ETMƏYİBLƏR...” – “Səbəbini bilmirəm”

15.12.2023, 19:39
“MƏNİ BU İCLASA DƏVƏT ETMƏYİBLƏR...” – “Səbəbini bilmirəm”

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə iclasa qatılanlar arasında görünməyib.

Ramiz Mehdiyev məsələ ilə bağlı “Unikal”a açıqlama verib.

“Məni bu iclasa dəvət etməyiblər. Səbəbini bilmirəm. Düzünü desəm, bu barədə məlumatım yoxdur. Maraqlandığınız üçün çox sağ olun”, - deyə o qeyd edib.

Şərhlər

qiyas 2023-12-16 11:38:02

senin kitabin baglandi ramiz m

Fazil 2023-12-15 14:20:12

Şəxsiyyət! Yerin altını,üstünü bilən adamın izahatına baxın.Belə adamlar Azərbaycana necə toplanıb?Kimlər onlara Azərbaycanlı sənədləri verdirib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol