Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd olacaq.
Z.Orucun bununla bağlı açıqlamasını təqdim edirik:
“Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir. 100 il əvvəl qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra Cümhur Başkanı, Ulu Öndər Heydər Əliyev 1993-cü il Xilaskarlığı ilə prezident seçilərək, yeni milli dövləti elan etdikləri kimi, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü”ndən sonra İlham Əliyev təkcə azad torpaqlarda deyil, bütöv Azərbaycanda yeni - 4-cü Respublika quruculuğunu dünyaya bəyan edir.
Ermənilərin Qarabağı könüllü tərk etməsi ilə xalqımız çox əsrlik tarixində ilk dəfə, seçkilərdə təkcə ölkəmizin deyil, bütün Qafqazda sülhü və təhlükəsizliyi müəyyən edir. Biz təkcə Birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə - Zəfər Əsrinə səs veririk!
Tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır. Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk.
Mənim mənsub olduğum nəsil çətin sınaqlardan keçib. İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcəkdir. Bu işdə həmrəy olanlara qucaq açırıq. Gəlməyənlərə isə milyonlarla azərbaycanlı Albert Eynşteynin bu sözlərini deyəcək: “Bizə “yox” deyən hər kəsə minnətdarıq. Onların sayəsində hər şeyi özümüz etdik, etməli olduq”. Ən yaxşı rəqabət möhtəşəm ideyalarla, uğurlarla, işlərlə yarışmaqdır!
Millətimiz üçün xeyirli olsun!”
“AzPolitika.info”


Şərhlər
Zahid bəy, açki sənə çox yaraşır.Əsl elm adamna oxşayıtsan.Amma prezidentlık özün də bilirsənki sənin işin deyil.
Hər bir Azərbaycan vətəndaşı öz biliyini.imkanını,bacarığını,xalq arasında ona bəslənən münasibəti anlamağa və dərk etməyə borcludur....bir özünə,bir cənavb Prezdent İlham Əliyevə bax! Ona alternariv nrcə ola bilirsən?pKimdir sənə səs verən.
---Ay məllim,bu dördüncü respublikadı,Atatürkdü,seçkidi-filandı,bu kimi məsələləri ləyaqətli millətimiz özü seçki günündə seçki qutularında ləyaqətlə həll edib yoluna qoyacaq.Sən gəl bizə de görək ətin yaman baha olduğu bir vaxtda seçkiyə qədər acından canımız çıxmasın deyə maaş-pensiyaların Avropadakı qədər artırılması işində bizə öz yardım əlinizi uzada bilərsinizmi?---Hə.Niyə uzatmıram ki?Maaş-pensiyaların Avropadakı qədər artırılması asılıdı üç şeydən. ---Ay sağ ol da.Bax belə danış,deyək hə.Nədi o üç şey?---Birimincisi odu ki bu artıq dördüncü respublikadı,bunu mən yuxusuz gecələr hesabına aylarla düşünüb tapmşam,ikincisi Atatürk məsələsidi,üçüncüsü seçkidi.---Əəəəh,onu dedin dəəə!Dedin dəəə!Vurum başımı divara?Dedin dəəə! ---Aaaa!Bunlara noldu belə?Nə vaxt demişəm? ---Demisən.Atamın goru haqqı min dəfə demisən.Vallah-billah demisən.Adə bəsdü dəə.Ay sənin öyüvü Allah yıxmasın yazıqsan,adə bir şeyi neçə dəfə deyərlər?Buuuy!Adə mıni hardan? ---Düzələr ee canik,düzələr. ---Nə düzələr adə?Canımız çıxanda düzələr?Pensiyaya çıxanda maaş düzələr,pensiyaya çatmayıb öləndə də pensiya?