Menu

KİMLƏR PREZİDENTLİYƏ NAMİZƏD OLACAQLAR? – Barışmaz müxalifət boykota gedir

16.12.2023, 12:48
KİMLƏR PREZİDENTLİYƏ NAMİZƏD OLACAQLAR? – Barışmaz müxalifət boykota gedir

Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 7-də keçiriləcək prezident seçkilərində öz ideri İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdükdən sonra seçki prosesində hərəkətlilik başlayıb.

Hakim partiyanın qərarından sonra Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, daha bir neçə partiya sədri prezidentliyə namizəd olmaq niyyətindədir, gələn həftənin əvvəlində onların bu barədə qərarları elan ediləcək.

Belə ki, namizədlər sırasında AXP sədri Pənah Hüseynin, BAXCP sədri Qüdrət Həsənquliyevin, BQP sədri Fazil Mustafanın, AMCP sədri Razi Nurullayevin, REAL sədri İlqar Məmmədovun adları çəkilir.

Barışmaz müxalifət düşərgəsinə gəlincə, bu gün AXCP-nin qurultayında prezident seçkilərinin müzakirə olunacağı nəzərdə tutulub. Partiya yetkililərinin sosial şəbəkədəki paylaşımlarından partiyanın seçkiləri boykot edəcəyi gözlənilir.

Müsavat Partiyasının da növbədənkənar seçkilərdə iştirakla bağlı mənfi qərar verdiyi bildirilir.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, seçkiləri boykot edən partiyaların funksionerləri vahid platforma yaratmaq barədə müzakirələrə başlayıb. Bu barədə AXCP və Müsavat Partiyası arasında razılıq əldə olunub. Platformaya fərdi üzvlərin, QHT-lərin, ictimai liderlərin, mühacirətdə olan müxalifətçilərin də cəlb edilməsi planlaşdırılır.

Rasim

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-12-17 14:50:10


Biz niyə “partiya” sözünü işlədirik?Bu,latıncadan keçib dilimizə.Dilimizin saflığını qorumaq hər birimizin vicdan məsələsidir.Bunun gül kimi qarşılığı var dilimizdə.”Qurum” sözü.Böyük Quruluş Qurumu olsun,Milli İstiqlal Qurumu olsun.Qısaca ABQQ,AMİQ.Və ya BAXCP olsun BAXCQ,AMCP da olsun AMCQ.Və sair və ilaxır.Soruşanda da gözəl səslənsin.Hansı qurumdansan deyə soruşan olanda fəxrlə deyəsən AMİQ-dənəm,BAXCQ-danam və ya Sezar kimi yumruğunu qürurla sinənə vura-vura hayqırasan ki AMCQ-danam mən,AMCQ-dan.Yoxsa nədəbu?

Mübarizə xatırlatma 2023-12-16 22:28:51

Bu fiktiv namizədlərin necə 40000 imza oplayacaqları elə fiktiv olaraq bildiriləcək.bunu saxakar komanda bəyan edəcək.Kimdir inzaya baxan,sayan.Birinci dəfə deyil ki!

Alxas 2023-12-16 20:24:50

Azərbaycanda müzalifət var?Onlara belə tapşırılıb. ki,əl ayağa dilaşan olmasınBaykot deyib.çəkilib kənarda duracaqlar,Məzahir də bildiyini edəcək.

Xalid 2023-12-16 20:21:59

Bu adlara baxanda insanı gülmək tutur.ay kişi möhrərəm prezidentə alternativ namizəd siyahisinə görün kimlərin adları sadalanır.Bi fəlakətdir Ölkənin millət tanıyan.hörmətlə yanaşdığı,sayıb drçdiyi insanlar tükənib?Bunlatdan Prezident olar? Hansı blik.trübə,başla bunlar özlərini namizəd hiss edirlər?Bu biabrçılığın təşkilatçısı Azərbaycanı dünyada rüsvay etmək məqsədi ilə belə siyahilər ortaya çıxarıb

Mübarizə 2023-12-16 20:04:49

İş Məzahirə düşəcək.Alternariv seçki qutuları,saxta bülletenlər,yalan məlumat! Məzahir bu sahədə ixtisaslaşmış saxtakardır.jeçən seçkilər bunu sübut etdiOnun MSK sədri olması belə halların baş verməsinə qarantiyadr.

dadaşyev 2023-12-16 18:47:46

AMCP nədirsə başa düşəmmədik.Türklər “əmi”yə “amca” deyirlər.Bu da onnandı?Amca partiyasıdı?Allah Allah!

miri 2023-12-16 14:28:06

Bir məmıəkətin siyasi məkanında bunlar kimilər "at oynadır", o məmləkətin sonu neçə olacağını düşünmək belə vahimə yaradır.

Cavid Fərmano 2023-12-16 13:53:33

Namizədlərin kimlikləri seçkinin mənasız, seçimsiz və məzhəkə olacağına işarədir. Belə məzhəkə Azərbaycan xalqına və indiki beynəlxalq vəziyyətdə Azərbaycananə verə biləcəyini düçünən baş varmı? Göstərilən şəxslərin özlərinə də əvvəlcədən məlumdur ki,onlar bu seçkinin saxta keçirilməsinin öncədən müəyyənləşdirilməsinın iştirakçılarıdırlar.Bunu aldıqları haram maaş və Qrantların davam edə bilməsi xatirinə etdiklərini millət də ilir.Belə çəxsiyyətinə hörmət etməyi bacarmayanları xalq namizəd kimi görmək istəməz və istəmir.bunları xalqa sırımaq isə normal hal sayıla bilməz!

Laçınlı seçicilərdən 2023-12-16 13:42:58

Ölkəmizin yenilməz dünyəvi prezidenti və sadiq vitsesi var! Elə, Z.Orucun təklifi ilə MM qəhrəman prezidentimizin səlahiyyətini daha beş ilə (2024-2028) təsdiqləyə bilər! D.Peskovun gələcək RF seçkiləri ilə bağlı *Onsuz da, son Nəticədə 80%dən çox seçici V.V.Putinə səs verəcək* sözləri yada düşür.

Mubariz 2023-12-16 13:17:43

Adları çəkilənlər nəinki 60-dairədən heç yaşadıqları ərazidən 500-imza ala bilməzlər .İş yenə JEK-ə düşəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol