Menu

Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

17.12.2023, 21:34
Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un şimal-qərb bürosuna bildirilib.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol