Menu

Zalujnıya Zelenskidən daha çox inanırlar - Sorğurun nəticələri açıqlandı

18.12.2023, 15:03
Zalujnıya Zelenskidən daha çox inanırlar - Sorğurun nəticələri açıqlandı

 Ukraynada prezidentə etimad yüksəkdir, amma...

Ukrayna vətəndaşlarının Prezident Volodimir Zelenskiyə inamı 2022-ci ilin dekabrında 84%-dən 2023-cü ilin dekabrında 62%-ə, Ukrayna Silahlı Qüvvələri Baş Komandanı Valeri Zalujnıya isə müvafiq olaraq 96%-dən 88%-ə düşüb. Həmçinin, vətəndaşların 59%-i eyni vaxtda həm Zelenskiyə, həm də Zalujnıya güvənir.

“AzPolitika.info” xəbər verir ki, belə bir statistikanı 29 noyabr-9 dekabr tarixlərində ukraynalılar arasında sorğu keçirən Kiyev Beynəlxalq Sosiologiya İnstitutu dərc edib. Sorğunun nəticələrinə görə, prezidentin reytinqində azalma tendensiyası var, lakin o, yenə Ukrayna ictimaiyyəti arasında özünə qarşı böyük inamı saxlayır.

Hesabatda deyilir ki, indi 62 faiz prezidentə inanır, 18 faiz isə ona güvənmir. 2022-ci ilin dekabrında 84% prezidentə etibar edib, 5% ona inanmayıb. Müvafiq olaraq, əgər 2022-ci ilin dekabrında prezident üçün etimad-etimadsızlıq balansı +80% idisə, indi +42% təşkil edir: “Yəni, bir tərəfdən biz nəzərəçarpacaq azalma görürük, lakin digər tərəfdən, prezidentə etibar edənlərin ona etibar etməyənlərlə müqayisədə əhəmiyyətli üstünlüyü açıq-aşkar qalır”. Müqayisə üçün bildirək ki, həmin institutun müharibədən əvvəl – 2021-ci ilin dekabrında keçirdiyi sorğuya görə Zelenskinin reytinqi cəmi 27 faiz təşkil edirdi.

Ukrayna Silahlı Qüvvələri isə cəmiyyətdə mütləq etimadı saxlayır - həm 2022-ci ilin dekabrında, həm də indi əhalinin 96%-i Ukrayna Silahlı Qüvvələrinə tam güvənir.

Bütün bunların fonunda ukraynalıların parlamentə və hökumətə inamı olduqca aşağıdır – müvafiq olaraq 15 və 26 faiz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol