Menu

İran şimal-şərq sərhədlərinə qoşun toplayır

18.12.2023, 15:31
İran şimal-şərq sərhədlərinə qoşun toplayır

İran İslam Respublikasının quru qüvvələri istənilən təhlükəyə tez və vaxtında cavab vermək üçün şimal-şərq sərhəd bölgələrində pilotsuz təyyarələr, raketlər və artilleriya bölmələri yerləşdirib.

«AzPolitika.info» xəbər verir kli, bu barədə İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiumars Heydəri İRNA-ya bildirib.

O deyib ki, İranın şimal-şərq sərhədlərində qüvvələrin yerləşdirilməsi quru qoşunlarının çatışmazlığı olan ərazilərə diqqəti yönəltmək məqsədi daşıyır.

Onun sözlərinə görə, bu məkan planlaması İranın sərhədyanı ərazilərində raketlər, pilotsuz uçuş aparatları və manevr qüvvələrindən istifadə etməklə istənilən təhlükə qarşısında qəti və vaxtında əməliyyat planının həyata keçirilməsi məqsədi ilə həyata keçirilir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol