Menu

Ermənistan Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq proqramları imzalayıb

18.12.2023, 20:00
Ermənistan Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq proqramları imzalayıb

Ermənistan müdafiə nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, ikitərəfli yunan-erməni və üçtərəfli müdafiə sahəsində məsləhətləşmələr keçirilib. Müdafiə nazirliyinin nümayəndələri birgə əməkdaşlıq sahəsində proqramlara imza atıblar. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol